81148e44-6b93-49cf-a8c3-f5c5eabbbc6c..jpg

Quzu ətinin qiymətinə satılan qulançar – VİDEO

Baxış sayı: 415 dəfə baxılıb.

Quzu ətinin qiymətinə satılan qulançar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə
maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin
zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.

İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq
dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox
olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə – 16-17 manata,
bəzən ondan da artığına satılır.

Tovuz sakinlərinin əksəriyyəti qulançarı sahələrdən özləri toplayırlar.
Xüsusən də bu işə ailəvi qoşulurlar.

“Qulançara “quşqonmaz” da deyirlər. Bərk hissələrini qırıb, sonra doğrayıb
suda qaynadırıq. Suyunu süzəndən sonra soğanla qızardırıq. Müxtəlif cür
bişirmək olur. İstəyən zövqə görə üzərinə yumurta da vura bilər, yumurtasız,
uzun halda qızardıla da bilər.

Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində “asparagin” və bir sıra
vitaminlər – A, B1, B2, C var. Tovuz-Qazax bölgəsində sakinlər qulançarın
yığımına əsasən aprel-may aylarında başlayırlar.

Qeyd edək ki, gəlirli bitki olan qulançarın çoxlu seleksiya sortları da
yaradılıb və ölkəmizdə də becərilməkdədir. Lakin rayon sakinləri əsasən təbii
şəraitdə bitən qulançarları toplayıb istifadə etməyə üstünlük verirlər.

Ətraflı ATV-nin süjetini təqdim edirik:


Source link