Qvardiola “Barselona”ya qayıda bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kataloniyanın “Barselona” klubu komandanın baş məşqçisi postuna İngiltərənin
“Mançester Siti”sinin məşqçisi Xosep Qvardiola və Londonun “Arsenal” klubunun
məşqçisi Mikel Artetanı nəzərdən keçirir.
Məlumata görə, “Barselona” Xavini klubda qalmağa razı sala biləcəklərinə ümid
edirdi, lakin komanda Çempionlar Liqasını tərk etdikdən sonra komandanın
rəhbərliyi mütəxəssisin perspektivlərini yenidən nəzərdən keçirir.
Daha əvvəl qeyd olunmuşdu ki, “Barselona”nın prezidenti Joan Laporta Xavini
komandada qalmağa razı salmağa çalışır, lakin klub rəhbərliyi bu məsələdə
konsensusa gəlməyib.
Mənbə: sport.es