a7dc8c87-e10d-47b8-8263-6c3a93254f78..jpg

Qvardiola Braziliya yığmasını çalışdırmaqdan imtina etdi

Baxış sayı: 984 dəfə baxılıb.

Qvardiola Braziliya yığmasını çalışdırmaqdan imtina etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Braziliya millisini
çalışdırmaqdan imtina edib.

Məlumata görə, Braziliya Futbol Federasiyası mütəxəssisin qardaşı və agenti
Pere Qvardiolaya müraciət edib. Məşqçi təkliflə maraqlanmadığını bildirərək,
İngiltərə çempionatında işinə davam etmək istədiyini qeyd edib.

Xatırladaq ki, Braziliya seçməsi Xorvatiya ilə oyunda uğursuzluğa düçar
olduqdan sonra DÇ-2022-ni tərk edib. Penaltilər seriyasında Zlatko Daliçin
yetirmələri daha dəqiq olub. Bu nəticədən sonra Braziliyanın baş məşqçisi Tite
vəzifəsindən istefa verib.

Mənbə: gazeta.ru

Source link