Qvardiolanın nədən zövq aldığı məlum oldu

Baxış sayı: 2. 517 dəfə baxılıb.

Qvardiolanın nədən zövq aldığı məlum oldu

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 11-ci turunda “Sauthempton” üzərində böyük hesablı qələbədən sonra fikirlərini bölüşüb. 

ÇıxışYolu.Com xəbər verir ki, Qvardiola “Mançester Siti” komandasını məşq etdirməkdən zövq aldığını bildirib. 

“Əgər biz gedəndən sonra oyunçular daha yaxşı olacaqlarsa, deməli işimizi yaxşı görmüşük. Bu gün müdafiədə problemlərimiz oldu. Belə davam etsək, Çempionlar Liqasının pley-off mərhələsinin sonunda çətinliklərlə üzləşəcəyik”, – deyə o vurğulayıb. 

Qeyd edək ki, “Mançester Siti” “Sauthempton”u 6:1 hesabı ilə məğlub edib. 

www.ÇıxışYolu.Com