4f59118c-0131-473c-8173-6bbf2bb21e3f..jpg

Qvatemalada ara qarışdı: Bəzi deputatlar qapalı otağa salındılar – VİDEO

Baxış sayı: 532 dəfə baxılıb.

Qvatemalada ara qarışdı: Bəzi deputatlar qapalı otağa salındılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qvatemalanın seçilmiş prezidenti Bernardo Arevalonun andiçmə mərasimi
Respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay
olmadığı üçün bir neçə saat yubanır.

Bildirilir ki, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edir ki,
onun rəqibləri mərasimi qəsdən gecikdirirlər.

“Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə
borcludurlar. Demokratiyanı qanunsuzluq və hakimiyyətdən sui-istifadə ilə
sarsıtmağa cəhd göstərirlər. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu
izləyir”, – deyə o, “X” hesabında yazıb.

Arevalonun tərəfdarları Qvatemala şəhərinin küçələrinə toplaşaraq, mərasimin
başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkinin nəticələrinin təsdiqinə
mane olan Respublika Baş Prokurorluğunun əleyhinə şüarlar səsləndiriblər.

Sosial şəbəkələrdə seçilmiş prezidenti dəstəkləyən deputatların mərasimdən
əvvəl zəncirlənməsi, polislərin isə Arevaloya dəstək üçün toplaşan insanlara
qarşı gözyaşardıcı qazdan istifadə etməsi ilə bağlı kadrlar yayılıb və bu
çevrilişin əlamətləri kimi qiymətləndirilir.

Bernardo Arevalo Qvatemalanın ən məşhur lideri Xuan Xose Arevalonun oğludur.

Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, bir sıra Latın
Amerikası ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri iştirak edirlər.

Mənbə: “Svejesti” “Telegram” kanalı


Source link