Qvatemalada vulkan püskürməsi: 62 nəfər öldü – VİDEO – YENİLƏNİB

Qvatemalada vulkan püskürməsi: 62 nəfər öldü – VİDEO – YENİLƏNİB

Baxış sayı: 2. 174 dəfə baxılıb.

Qvatemalada vulkan püskürməsi nəticəsində ölən insanların sayı 62 nəfərə çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti”  ölkənin Məhkəmə tibb institutuna istinadən məlumat yayıb.

Bundan əvvəl 40 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, sözügedən vulkan 3,7 kilometr hündürlükdə, Qvatemala paytaxtından 40 kilometr aralıda yerləşir.

20:05

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Yerli hökumət vətəndaşları təxliyə olunması üçün bölgəyə hərbçiləri səfərbər edib. Ancaq fəlakət zonasından çıxmaq demək olar ki, mümkün deyil.

Lava yolları dağıdıb, qatı kül təbəqəsi isə helikopterlərin və ya təyyarələrin hava qalxmasına imkan vermir.

09:49

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində azı 25 nəfər həlak olub. 

ÇıxışYolu.Com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə xidmətin nümayəndəsi məlumat verib. 

“RBC Noticias” kanalının yaydığı məlumata görə, 653 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Vulkandan qalxan tüstü on metrlərlə yüksəkliyə qalxıb. 

Qvatemala hökuməti ölkənin bir çox bölgələrində qırmızı həyəcan elan edib. 

Bundan başqa, Fueqo vulkanın fəallaşmasından sonra paytaxtdakı “Aurora” beynəlxalq aeroportu fəaliyyətini dayandırıb. 

Faciə ölkənin 16,6 milyon vətəndaşından 1,7 milyonuna zərər verib. 

Meksika prezidenti Enrike Penya Nyeto hadisə ilə əlaqədar Qvatemalaya başsağlığı verib və yardımını təklif edib. 

www.ÇıxışYolu.Com