Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir.
ÇıxışYolu.Com EFE agentliyinə istinadən xəbər verir ki, rəsmi rəqəmlərə görə, 82 nəfər həlak olub.
Son altı meyit güclü lava axınının viran qoyduğu San Miqel kəndində aparılan xilasetmə-axtarış əməliyyatları zamanı aşklarlanıb.
Daha bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Son rəqəmlərə görə təbii fəlakətdən 1,7 milyona yaxın insan zərər çəkib. Faciə ilə əlaqədar Qvatemalada üç günlük matəm elan olunub.