Qvatemalada Queqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin sayı 200 nəfərə çatıb.
ÇıxışYolu.Com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı ölkənin təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidmətin rəhbəri Serxio Kabanyas məlumat verib.
Məlumatlara görə, hadisə zamanı 75 nəfər həlak olub, onlardan 23-nün kimliyi açıqlanıb.
“Canal Antigua”nın yaydığı məlumatda tapılan 7 uşaq cəsədinin genetik ekspertizadan keçirmək üçün ABŞ-a göndəriləcəyi bildirilib.
Hökumət vulkanın yenidən püskürəcəyini açıqlayıb və vulkana yaxın kəndlərin sakinlərinə evlərini tərk etməsi ilə bağlı xəbərdarlıq edib.