Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb, 300-dək insan xəsarət alıb.
ÇıxışYolu.Com-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilib.
Məlumata əsasən, ölkə ərazisində çox sayda tikililərə ziyan dəyib, elektrik enerjisi təchizatı pozulub. Zəlzələ hava nəqliyyatının fəaliyyətinə təsir göstərib.
Qeyd edək ki, ötən gün Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib.