Rəsmi Ankara ABŞ-ın Suriyaya hücumuna münasibət bildirdi

Rəsmi Ankara ABŞ-ın Suriyaya hücumuna münasibət bildirdi

Baxış sayı: 3. 128 dəfə baxılıb.

Türkiyə ABŞ, İngiltərə və Fransanın bu gecə Suriyada Əsəd rejimini hədəf alan hücumuna dəstək verib.

ÇıxışYolu.Com xəbər verir ki, Türkiyə XİN bununla bağlı açıqlama yayıb və bunu “yerində bir reaksiya” kimi dəyərləndirib.

“Türkiyə 7 aprel günü Dumada çoxsaylı mülki əhalinin ölümünə yol açan kimyəvi hücuma qarşılıq olaraq ABŞ, İngiltərə və Fransanın səhərə yaxın Suriya rejiminə qarşı yönəlmiş əməliyyatını yerində bir reaksiyaolaraq görür.

Rejim tərəfindən gerçəkləşdirildiyinə dair güclü şübhələr olan Duma hücumu qarşısında bütün bəşəriyyətin vicdanına tərcüman olan bu əməliyyatı məmnuniyyətlə qarşılayırıq”, – Türkiyə XİN-nin yaydığı açıqlamada bildirlib.

www.ÇıxışYolu.Com