0468f55e-9898-4b8e-9a5c-c65096e88d2b..jpg

Rəcəb Öztop: “Son 100 ildə Azərbaycanla Türkiyə arasında saysız əməkdaşlıqlar olub”

Baxış sayı: 392 dəfə baxılıb.

Rəcəb Öztop: “Son 100 ildə Azərbaycanla Türkiyə arasında saysız əməkdaşlıqlar
olub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 100 ildə Azərbaycanla Türkiyə arasında saysız əmakdaşlıqlar olub”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop
Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə keçirilən
tədbirdən sonra jurnalistlərə müsahibəsində bildirib.

Baş konsul Türkiyə və Azərbaycan qardaşlığının yüzilliklər boyunca davam
etməsini diləyib:

“Türkiyə-Azərbaycan qardaşlığı keçmişlərə dayanır. Heç kəsə sirr deyil ki, bu
iki ölkə daha sıx əməkdaşlıq edir. Qarşıdakı 100 illərdə də bu iki ölkə
arasında olan qardaşlıq münasibətlərinin daha da iri addımlarla davam edəcəyinə
inanırıq. Türkiyə-Azərbaycan dostluğunun əbədi olmasını arzu edirəm”.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi
münasibətilə Türkiyə Cümhuriyyətinin Gəncəki Baş Konsulluğunun qarşısından
başlayaraq Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid
olmuş 13 nəfər əsgərin xatirəsinə ucaldılmış abidənin önünə qədər yürüş
keçirilib.

Source link