0c0a5e50-7188-47c3-ba2e-0c125c913cbd..jpg

Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”

Baxış sayı: 419 dəfə baxılıb.

Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması
vacibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin
tapılması vacibdir”.

Cixisyolu.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada
Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair
birgə mətbuat konfransı zamanı deyib.

“Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək”, – Ərdoğan
bildirib.

O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni
ətraflı müzakirə edib.

K.Mitsotakis isə öz növbəsində söyləyib ki, ikitərəfli anlaşma mühiti daha
müsbət istiqamətdə inkişaf edir: “Biz göstərdik ki, müsbət dialoqu davam
etdirmək əzmindəyik”.

Mənbə: TRT haber

Source link