Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Almaniya Kansleri Olaf
Şolts ilə görüşü başlayıb.
Cixisyolu.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Almaniya hökumətinin nümayəndəsi Volfqanq Büxnerin sözlərinə görə, görüşdə
Ukraynada münaqişə, Yaxın Şərqdəki vəziyyət və miqrasiya mövzusu müzakirə
olunacaq.
Tərəflərin ikitərəfli və iqtisadi məsələlərə də toxunacağı gözlənilir.
Danışıqlardan sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.