b32c8ef3-26a8-4f93-ba48-cb9c546e4ec4..jpg

Rəhim Rəhimlinin son vaxtları: O, öləcəyini bilirdi? – VİDEO

Baxış sayı: 547 dəfə baxılıb.

Rəhim Rəhimlinin son vaxtları: O, öləcəyini bilirdi? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin
yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini
istəməyib.

“Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud
qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların
pulunu verirdi”, – aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən
Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:

“Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil
Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş
vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir,
içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə
demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan
müsahibə aldı”.

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs
edib:

“Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə
tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, “Maşın
şou”ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını
oğurladım və verilişə gətirdim. Rəhim “Maşın şou”dan sonra Azərbaycanın
sevimlisi oldu”.

Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə
bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər.

“Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini
bilirdi, ona hazır idi”, – şair Könül Nazimqızı söyləyib.

Ətraflı süjetdə:


Source link