be2e983d-3847-4a10-9b76-a8b678a05123..jpg

Rəisi Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək

Baxış sayı: 467 dəfə baxılıb.

Rəisi Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəsmi
dəvəti ilə yaxın vaxtlarda Ankaraya səfər edə bilər.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian türkiyəli həmkarı
Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərini Türkiyə XİN-in
rəhbəri də təsdiq edib.

“Tezliklə Ərdoğanın rəsmi dəvəti ilə Rəisi Ankaraya səfər edəcək və yaxın
vaxtlarda biz iki ölkə arasında əməkdaşlıq üzrə birgə komissiyanın iclasını
keçirəcəyik”, – Abdullahian bildirib.

Nazir vurğulayıb ki, İran və Türkiyə ümumi sərhəddə təhlükəsizliyə diqqətin
artırılması və yeni sərhəd bazarları, keçid məntəqələrinin yaradılması, eləcə
də sərhədlərdə azad ticarət zonalarının yaradılması üçün daha təsirli
tədbirlərin görülməsi ilə bağlı eyni fikirdədir.

Mənbə: Cumhuriyet

Source link