Rəqəmlər “Səba” şirkətinin quşçuluq müəssisəsindən nə deyir?

Rəqəmlər “Səba” şirkətinin quşçuluq müəssisəsindən nə deyir?

Baxış sayı: 2. 789 dəfə baxılıb.

“Səba” şirkəti maraqlı üsulla quşçuluq müəssisəsindəki istehsal prosesinə diqqət yönəldib. 

ÇıxışYolu.Com xəbər verir ki, şirkət istehsal prosesinin hər mərhələsində vacib olan rəqəmləri açıqlayıb. 

Bu rəqəmlər “Səba” təzə quş əti məhsulları üçün quşların yetişdirilməsindən başlayaraq, onların kəsimini, mağazalara daşınmasını və hətta mağazalardan yığışdırılmasını əhatə edir.

Beləliklə:

“Səba” quş əti məhsulları ROSS-308 ətlik cins cücələrdən alınır.

“Səba” üçün quşları 13 podratçı ailə bəsləyir. Beynəlxalq mütəxəssislərdən xüsusi təlim almış bu ailələr quşları müəssisəyə məxsus ərazidə, qapalı şəraitdə, biotəhlükəsizlik qaydalarına riayət edərək yetişdirirlər. 

Quşların yemlənməsi üçün “Səba” Azərbaycanın dörd rayonunda 12 min hektar ərazidə dənli və paxlalı bitkilər becərir. 

Quşların yem rasionu 25% buğdadan, 30% qarğıdalıdan, 25% soyadan, 20% yağ və minerallardan ibarətdir. 

Çəkisi yüngül (800-1200 qr) olan “Qızıl Səba” təzə toyuq əti üçün quşlar 32-35 günlüyündə kəsilir. Daha artıq çəkili məhsul üçün quşlar 42-45 gün bəslənir.

Quşlar istehsala hazırlıq üçün kəsimdən əvvəl və sonra olmaqla, iki dəfə baytar müayinəsindən keçirilir.

“Səba”da səkkiz qəssab çalışır. Kəsim əllə, şəriət qaydalarına uyğun olaraq dindar qəssablar tərəfindən aparılır. 

Tüklərin yolunması üçün quşlar 51-54°C istilikdə suya salınır. Bu temperatur həddi “Halal” standartlarının tələblərinə uyğun olaraq təyin edilib. 

Yolunub təmizlənmiş quş əti 1.5 saat soyuq hava axınından keçərək, 0-4°C-dək soyudulur. Hava ilə soyutma “Səba” quş ətinin öz çəkisində qalmasını, müştərilərin təmiz çəkiyə pul ödəməsini təmin edir.  

Məhsul satış nöqtələrinə 0-4 °C temperaturu dəyişmədən çatdırılır.

İstehsal prosesi ilə məhsulun mağazalara çatdırılması arasında maksimum 12 saat vaxt olur.

“Səba” təzə quş ətinin saxlama müddəti beş gündür.

“Səba” təzə quş əti məhsulu saxlama müddətinin bitməsinə bir gün qalmış marketlərdən yığılır.

www.ÇıxışYolu.Com