08299d9d-7d83-493e-a3a5-371be3c98421..jpg

Rəqabət Məcəlləsinin hansı üstün tərəfləri var? – ŞƏRH + FOTO

Baxış sayı: 542 dəfə baxılıb.

Rəqabət Məcəlləsinin hansı üstün tərəfləri var? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
Fərman imzalayıb.

Ölkə başçısı İlham Əliyev ötən gün Rəqabət Məcəlləsini təsdiqləyib. 12 fəsil,
84 maddədən ibarət olan qanun 2024-ci ilin bir iyul tarixindən qüvvəyə minəcək.

Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov
Cixisyolu.com-a açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsi ilk növbədə özəl sektorun
daha da inkişaf etdirilməsi və genişlənməsi nəzərə alınaraq qəbul olunub:

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qəbul olunub. Həmin məcəllə bir
iyul 2024-cü il tarixindən qüvvəyə minəcək. Əsas məqsəd ölkədə azad və sağlam
rəqabət mühitinin təmin edilməsinə, qorunmasına, inkişafına töhfə verilməsi ilə
bağlıdır.

Əlbəttə ki, Rəqabət Məcəlləsi rəqabət qanunvericiliyinin yeni
təkmilləşdirilmiş formada tətbiq edilməsi ilə bağlıdır. Məcəllədə
müəyyənləşdirilmiş əsas istiqamətlər azad və sağlam rəqabətin təmin olunması
ilə yanaşı, rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin
bazar payları, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, birləşmələr və
həmçinin dövlət orqanlarının rəqabət qanunvericiliyinə əməl edilməsi və
insanların fəaliyyətinin tənzimlənməsi ilə bağlı olacaq”.

X.Seyranov məcəllənin bir sıra üstün tərəfləri olduğunu qeyd edib:

“Məcəllədə bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları və hökmran
mövqeyinin yeni meyarları da hazırlanıb.

Əlavə olaraq qeyd etmək lazımdır ki, haqsız rəqabətin formalarına yenidən
baxılıb. Rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların
aldadılması hallarına qarşı məqsədyönlü addımların atılması müəyyənləşdirilib.
Bunlar da azad sahibkarlığın inkişafı üçün çox zəruridir. Həmçinin
istehlakçıların hüquqlarının qorunması baxımından zəruridir. Bazar paylarının
müəyyənləşdirilməsi ölkədə inhisarın qarşısının alınması üçün kifayət qədər
zəruridir”.

“Ümumilikdə Rəqabət Məcəlləsi rəqabətin əhəmiyyətli dərəcədə
məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələri, tələbləri,
habelə qadağan olunmuş bir sıra üfüqi sazişlərini, kartel əməliyyatlarını
müəyyən etməyə imkan verəcək. Bu Məcəllə ölkədə həm özəl sahibkarlığın inkişaf
etdirilməsinə, həm də kiçik və orta sahibkarlıq subyektlərinin mövqelərinə daha
yaxşı təsir göstərəcək. Onların inkişafı üçün müəyyən hüquqi çərçivəni
müəyyənləşdirəcək”, – deyə X.Seyranov əlavə edib.

Nəzrin Vahid

Source link