Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi: “Xəstəxanadan buraxılıb, işinin
başındadır” – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəqqasə Fatimə Fətəliyevanın vəziyyəti yaxşıdır.
Bu barədə Cixisyolu.com-a Fatimə Fətəliyevanın köməkçisi məlumat verib.
O, qeyd edib ki, hazırda hər şey qaydasındadır:
“Fatimə xanım artıq özünü çox yaxşı hiss edir. Şükürlər olsun ki, hər şey
qaydasındadır. Bəli, o, göbələkdən zəhərlənmişdi. Lakin qidanı hər hansı bir
restoranda yox, evdə qəbul etmişdi. Xəstəxanadan buraxılıb. Artıq öz işinin
başındadır. Özünü daha yaxşı hiss edir”.
Xatırladaq ki, Fatimə Fətəliyevanın ötən gün səhhətində problem yaranması ilə
bağlı məlumatlar yayılıb – onun zəhərlənərək xəstəxanaya yerləşdirildiyi
bildirilib.
Nəzrin Vahid