411ca651-14fb-4ddf-a830-6ccb9e62df0c..jpg

Rəqqasə Fatimə həbs edilə bilər? – AÇIQLAMA

Baxış sayı: 586 dəfə baxılıb.

Rəqqasə Fatimə həbs edilə bilər? – AÇIQLAMA

Bakı Apellyasiya Məhkəməsi şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva
arasındakı mübahisə barədə məhkəmə qərarını icra üçün Nərimanov Rayon
Məhkəməsinə gönədrib.

Bu barədə “Qaynarinfo”ya Nazilə Səfərlinin vəkili Fuad Bədəlov məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmənin qərarına əsasən, Fatimə Fətəliyeva qarşı tərəfə
500 manat təzminat ödəməli və üzr istəməlidir:

“Məhkəmə prosesi yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin
qərarını qüvvədə saxlayıb və işi icra olunması üçün Nərimanov Rayon Məhkəməsinə
qaytarıb. Könüllü icra müddəti 10 gündür. Əgər 10 gün ərzində icra olunmasa,
məcburi icra tədbirləri başlayacaq. İcradan yayınması ilə bağlı inzibati
məsuliyyət nəzərdə tutulur. Əgər icra olunmasa, cavabdeh cinayət məsuliyyəti
daşıyır”.

Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkədə başlayıb. Nazilə
səhifəsində “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq
deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim,
vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə
icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim
ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla”, – deyə
yazıb.

Fatimə Fətəliyeva bu sözlərin ona ünvanlandığını qeyd edib və Nazilə barəsində
isə “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə
Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən
mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi
oynamısan, yadına sal. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın.
Get, öz qabına bax gör, ərim deyə-deyə nə oyundan çıxırsan. Mən ərəb rəqsi
oynayıb, ailəmi saxlayıb, uşaq böyütmüşəm”, – deyib.

Bundan sonra Nazilə Səfərli məhkəməyə müraciət edib.

Source link