Rəqqasə Fatiməni məhkəməyə verdilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəqqasə Fatimə Fətəliyeva biznesinə görə məhkəməlik olub.
Olay.az yazır ki, sənətçi bu barədə verilişlərin birində danışıb. O bildirib
ki, gözəllik mərkəzinin adına görə problem yaşayıb:
“Əvvəl məclislərə rəqqasə kimi gedirdim. Artıq yox. Bu gün böyük bir mərkəzin
rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə
veriblər. Dünən də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə
düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim
lisenziyamız var. Mən də dedim ki, beş-altı ildir salonun adı belədir. 30-a
yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı
verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xarici olmaz, adını fərqli
qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq”. Amma mən batmayacağam. Qoç
bürcüyəm. Axıra kimi gedəcəyəm”.