99459e18-35fa-48e9-9b2b-f2fd22a340fb..jpg

Rəqsanə İsmayılova: “Təranə yanımda olsaydı, yıxılmazdı” – VİDEO

Baxış sayı: 919 dəfə baxılıb.

Rəqsanə İsmayılova: “Təranə yanımda olsaydı, yıxılmazdı” – VİDEO

“Biz Azərbaycan Respublikasının vətəndaşıyıq və qanuni dövlətdə yaşayırıq. Mən
Təranə Səmədova həbs olunduqdan sonra iki qız övladı Suel ilə Adeli Azərbaycan
Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa
yerləşdirdim. Sonra dedim ki, mənə şərait yaradın ki, uşaqları gəlib görə
bilim. Kəmalə xanıma ərizə yazdım ki, uşaqları görmək istəyirəm. Onlar bir
həftədən sonra evimə gəldilər. Sonra isə Suel sığınacağa qayıtmaq istəmədi.
Dedi ki, xahiş edirəm, sizdə qalım. Anayam, övladlarım var. Hamı bilir ki, necə
ürəyim və qəlbim var. Suelin bu sözlərindən pis oldum və uşaqları sığınacağa
qayıtmağa, açığı deyim, qoymadım”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu
verilişdə deyib.

Sənətçi bildirib ki, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın iki qız
övladı Suel ilə Adel onun evində qalır. İsmayılova vurğulayıb ki, Suel
sığınacaqda yox, müğənnin evində qalmaq üçün rəsmi qaydada ərizə yazıb:

“Dövlət qurumlarına xəbər verdim ki, Suel ağlayır və sığınacağa getmək
istəmir. Qızı necə sığınacağa getməyə məcbur edə bilərəm? 14 yaşında bir
uşaqdır. Danışığını bilir, savadlı bir övladdır. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyindən, Xətai Rayon İcra Hakimiyyətindən səlahiyyətli şəxslər,
hətta Kəmalə xanımın özü də bizə gəldilər. Suel rəsmi qaydada yazdı ki, xahiş
edirəm, məni və bacım Adeli Rəqsanənin evindən heç kim aparmasın, biz burada
qalaq. Bacısı Adelə Suel baxıb. Artıq körpə Adel Sueli özünə ana bilir, ona
bağlanıb. Bilirsiniz ki, illərlə Təranə ilə aramda nələr yaşanıb. Buna
baxmayaraq, onunla danışmasam da, onun övladlarını evimdə saxlayıram”.

Müğənni həmçinin qeyd edib ki, prodüserin övladlarının tərbiyəsi ilə öz
övladlarının baxıcıları məşğul olurlar:

“Mənim də körpə övladlarım var. Rusiyadan uşaq baxıcılarım var. Onlar hazırda
yanımda, Bakıdadırlar. Onlar ali təhsilli pedaqoqdurlar. Suel ilə Adelə mənim
uşaqlarım kimi baxıb, tərbiyə verirlər. Təranənin övladları yanımda qalırlar.
Özbaşına o uşaqları yanıma gətirməmişəm. Gördüm ki, uşaqlar qalıblar ortada,
bir insan olaraq, vicdanım ağrıdı. Həyat yoldaşım Fazil Əmiraslanovdan xahiş
etdim ki, icazə versin, onlar yanımda qalsınlar. Bu gün də onların maddi və
mənəvi hər şeyləri üstümdədir. Suel dedi ki, sinif yoldaşlarıma görə sığınacağa
getmək istəmirəm. Mənə bir az zaman verin, psixoloji olaraq özümə gəlim”.

Rəqsanə açıqlamasında həmçinin əlavə edib ki, xərc çəkərək Təranənin evini
təmir etdirir:

“Allah bütün xanımlarımıza dayaq olsun. Allah heç bir qadını bu həyatda sınağa
çəkməsin. Mən həyatda çox yıxılmışam. Amma qalxmağı bilmişəm. Təranə yanımda
olsaydı, yıxılmazdı. Həyatdır, Allah ona sınaq verib. Allah onu övladlarına
qovuşdursun. İnsan olaraq Təranənin övladlarına sahib çıxmışam. İcazəsiz
şəkildə heç kəs mənim yanımda qala bilməz. Onların evi var. Həmin evdə isə mən
təmir başlatmışam. Üç ildən sonra Adelin 18 yaşı olacaq. Ağlı başında, idmançı,
savadlı qızdır. Məndən heç kimə pislik gələ bilməz. Düşmənim də olsa, görsəm
ki, o yanır, yenə də kömək edərəm. Vicdanım təmizdir. Nə edirəmsə, Allaha görə
edirəm. Hansı yaxşılığı edirəmsə, qoy övladlarımın qabağına çıxsın”.

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu
ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs edilib.

Ətraflı videoda:


Source link