Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? – AÇIQLAMA – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Rəqsanə İsmayılova barəsində yayılan məsələyə münasibət bildirib.
Müğənni açıqlamasında onun haqqında yayılan məlumatı təkzib edib:
“Məni heç kim məhkəməyə verməyib. Əslində, məhkəməyə mən müraciət etmişəm.
Məhkəmə başa çatdıqdan sonra mətbuata məlumat verəcəyik”.
Daha ətraflı Baku Tv-nin süjetində:
14:10
Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub.
“Qaynarinfo”ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var.
Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra
etməyib.
Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər
yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs
qoyulub.
Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə
hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.
Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə
də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini
bildirib:
“Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət
etmişik”.