Rəqsanədən illər sonra biletsiz konsert

Rəqsanədən illər sonra biletsiz konsert

Baxış sayı: 3. 922 dəfə baxılıb.

İki ildən artıqdır Moskvada yaşayan məşhur müğənni Rəqsanə İsmayılova vətənə qayıdır.

ÇıxışYolu.Com xəbər verir ki, müğənni solo konsert verməyi planlaşdırır.

Rəqsanənin may ayında təşkil edəcəyi konsert öz qeyri-adiliyi ilə seçiləcək.

Belə ki, hər zaman konsertindən qazanc əldə etməyə çalışan yerli ulduzlardan fərqli olaraq, İsmayılova bilet satmayacaq.

Konsertə tamaşaçı kimi qatılmaq istəyənlər müxtəlif müsabiqə və lotereyalarda iştirak etməli olacaqlar.

Tədbirin keçiriləcəyi məkan hələlik gizli saxlanılır.

.
www.ÇıxışYolu.Com