c686a368-1313-4e35-8ae9-49f866994c61..jpg

Rəşad Dağlı məhkəməyə gətirildi – VİDEO

Baxış sayı: 3. 491 dəfə baxılıb.

Rəşad Dağlı məhkəməyə gətirildi – VİDEO

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün
növbəti dəfə məhkəməyə gətirilib.

“Trend” xəbər verir ki, bu gün onun barəsində seçilmiş həbs-qətimkan
tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.

Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan
qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə
yetirib.

Qətli törədəndən sonra R.Dağlı könüllü olaraq polisə təslim olub və qətl
hadisəsini törətdiyini etiraf edib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan
tədbiri seçilib.


Source link