Rəşad Dağlının qətl törətdiyi yerdə DİNDİRİLİB – İSTİNTAQ GÖRÜNTÜLƏRİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə
aparılıb ifadə verdiyi görüntüləri yayılıb.
“Qafqazinfo”nun olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı
ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib.
Məlum olduğu kimi, həmin görüntülər bir il əvvələ aiddir. Meyxanaçı, eyni
zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.
Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı
Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri
(qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.
Sözügedən videonu təqdim edirik: