Rəşad Dağlının qətldən əvvəl bıçaq alan görüntüləri – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara
düşüb.
Lent.az həmin görüntüləri əldə edib.
Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə
saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən
meyxanaçı pulunu ödəyərək oranı tərk edir.
İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İskəndər Mehdiyevlə görüşə
gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret
alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:
“İskəndərin “boş gəlmə” sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib
İskəndərin yaşadığı evin qarşısına gəldim”.
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu,
Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi
maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonra meyxanaçı könüllü olaraq
polisə təslim olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.