5b8ac2a0-d841-4802-b22c-e53db7a0b9a6..jpg

Rəşad Məmmədov: “Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var”

Baxış sayı: 578 dəfə baxılıb.

Rəşad Məmmədov: “Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq
hüququmuz var”

“Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var”

Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Haber Global”ın efirində
deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinə qalıb yaşamağı
təklif edir:

“Amma bizim də öz tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq
niyyətimiz var. Beynəlxalq ictimaiyyət və Ermənistan bu hüququmuzu təmin
etməlidir”.

Diplomat həmçinin bildirib ki, 1991-ci ildən etibarən Qarabağda cinayət
törətmiş bütün cinayətkarlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında
məlumat var: “Artıq müharibə cinayətkarı olan üç nəfər saxlanılaraq Bakıya
gətirilib. Biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. İşlər
hələ qabaqdadır. Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Xarici İşlər
Nazirliyi bu işlə məşğuldur”.

Source link