15c739f3-b4e5-40a4-8d89-e77f8a5bf7c6..jpg

Rəşad Məmmədov: “Ermənistandan müharibə cinayətlərinin hesabı bir-bir soruşulacaq”

Baxış sayı: 641 dəfə baxılıb.

Rəşad Məmmədov: “Ermənistandan müharibə cinayətlərinin hesabı bir-bir
soruşulacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan dövlətinin və ayrı-ayrı şəxslərin törətdiyi müharibə
cinayətlərinin beynəlxalq hüquq çərçivəsində bir-bir hesabı soruşulacaq. Amma
qonşuluq münasibətləri çərçivəsində gələcək nəsillərimizə kini, nifrəti də
miras qoymamaq üçün bütün məsələlər çözüləcək”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad
Məmmədov Ankarada keçirilən “Qarabağ zəfərindən sonra Azərbaycan” adlı paneldə
çıxış edərkən bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü pozulduğu müddətdə
Ermənistan dövlət əmlakına, şəxsi əmlaklara ciddi zərər vurmaqla yanaşı,
Azərbaycanın tarixi-mədəni abidələrinin məhvində, qətllərdə, terrorda da
cinayət məsuliyyəti daşıyır:

“Yeddi rayonumuz yerlə-yeksan edilib, milyonlarla insan Ermənistan
təcavüzündən zərər görüb. Bu sahədə böyük təcrübəsi olan beynəlxalq hüquq
şirkətləri ilə də danışıqlar aparılıb”.

Məcburi köçkünlərə, həmçinin Ermənistandan zorla deportasiya olunmuş Qərbi
azərbaycanlılara dəymiş maddi və mənəvi zərərlərin olduğunu qeyd edən səfir
bütün bunların hesablanması üçün hüquqi proseslər olduğunu diqqətə çatdırıb:

“Hazırda qiymətləndirmə prosesi gedir. Burada siyasi qərar da qəbul oluna
bilər. Amma bəşəri dəyərləri qorumayan, humanizmi pozan, insanlığa zidd
dəhşətli cinayətləri törədənlər bir-bir cəzalarını alacaqlar”.

Source link