c874a09b-4e20-4154-bd11-ff6cee238944.jpg

Rəşad Nəbiyev: “Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq”

Baxış sayı: 212 dəfə baxılıb.

Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70%-də süni intellektlə bağlı
təhsilin verilməsi planlaşdırılır.

Cixisyolu.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya
Sammitində deyib.

O bildirib ki, növbəti 3 ildə süni intellektə yönəlik tədqiqat işlərində
50%-lik artım olacağı planlaşdırılır:

“Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb. Biz trendlə
ayaqlaşmağa çalışırıq. Biz növbəti 3 il ərzində süni intellekt ilə bağlı
tədqiqat işlərində 50%-lik artım gözləyirik. Böyük universitetlərdən birində
tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını
hədəfləmişik. Ümumilikdə, universitetlərin 70%-də süni intellektə yönəlik
tədris aparılması planlaşdırılır. Bundan əlavə təkcə dövlət qurumlarında deyil,
həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər
hazırlayırıq”, – deyə nazir bildirib.

O qeyd edib ki, dövlət orqanlarının 35%-i ilə təmas tam olaraq
rəqəmsallaşdırılıb.

“Bu addım insanların vaxtına qənaət etməsinə və karbon emissiyasını azaltmağa
yönəlib”.

Nazir əlavə edib ki, Bakı şəhərinin rəqəmsal əkizi yaradılır.

“Bununla bağlı 6 milyon data-point daxil edilib. 47 milyondan çox
tranzaksiyanı koordinasiya etmişik. Bunların hər biri heç bir kibertəhlükə
olmadan həyata keçirilib”.

Source link