5174236d-628e-4462-9f2e-bf6f09755299.jpg

Rəşad Sadıqov avtomobil qəzasına düşüb

Baxış sayı: 34 dəfə baxılıb.

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Qarabağ” –
“Ayaks” (0:3) oyununu izləməyə gedən “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov
matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası
keçirib.

Cixisyolu.com xəbər verir ki, qəza zamanı baş məşqçinin “Range Rover” markalı
avtomobilinə maddi ziyan dəyib.

“Zirə” klubundan Cixisyolu.com-a verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov
heç bir xəsarət almayıb.

Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:

“Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur”.

Anar Həsənov

Source link