f80bc829-a87d-4cf7-b87c-ddd68f9e4810..jpg

Rəşad Sadıqov: “Axirətdə onların sorğu-sualı ağır olacaq”

Baxış sayı: 564 dəfə baxılıb.

Rəşad Sadıqov: “Axirətdə onların sorğu-sualı ağır olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci
turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra
keçirilən mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə
əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə
qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur.
Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa
çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun
heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən
gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik.

Bu qədər üstünlüyü qola çevirə bilmirsənsə, son dəqiqələrdə sənin üçün çətin
keçəcək. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində
4-5 belə oyun keçirir.

Elmar Baxşıyevi qələbə münasibətilə təbrik edirəm. Açığı Elmar Baxşıyevin
müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədir görürdüm. Onun həmişə hücum
futboluna alışmışıq. Müdafiəni yara bilmədik.

Hələ mübahisəli epizodlara baxmamışam. Hakimliklə bağlı köhnədən qalma
bağlantılar var. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola
bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən
penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün
sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə
vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah, bəzi klubların hakimlərlə
bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə
qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar
münasibətlərindən istifadə edirlər.

Yeni rəhbərliyə inanıram. Hakim səhvləri qaçılmazdır. Amma əminəm ki, bu tip
səhvlər aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə
onların sorğu-sualı ağır olacaq. Komandalar ilboyu əziyyət çəkirlər. Amma
hakimlərin soyuqqanlı halda verdiyi qərarlar çempionatın birbaşa gedişatına
təsir edir”.

Source link