Rəşad Sadıqov: “Azərbaycan üçün tarixi bir gündür” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov prezident seçkisində
səsvermə hüququndan istifadə edib.
“Report” xəbər verir ki, mütəxəssis 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin
12 saylı məntəqəsində səs verib.
42 yaşlı çalışdırıcı seçkidə insanların fəal iştirakını müşahidə etdiyini
bildirib:
“Azərbaycan üçün tarixi bir gündür. Çünki ilk dəfədir ərazi bütövlüyünü təmin
etmiş suveren ölkə kimi seçki keçiririk. Artıq Şuşada, Laçında, Xankəndidə
insanlar səsvermə hüquqlarından istifadə edirlər. Bunu eşitmək qürur hissi
doğurur. Xalqımız üçün xeyirli olsun”.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədiİlham Əliyev,
namizədliyi özü tərəfindən irəli sürülənZahid Oruc, Milli Cəbhə Partiyasının
prezidentliyə namizədiRazi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə
namizədiFazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi
Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi
Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev
mübarizə aparırlar.