Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışdı

Baxış sayı: 2. 274 dəfə baxılıb.

Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışdı

Millimizin sabiq futbolçusu, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışıb.

O, ÇıxışYolu.Com-a verdiyi müsahibəsində bu acı xatirənin uşaqlıq dövrü ilə bağlı olduğunu bildirib: 

“Alnımdakı izlə bağlı heç vaxt mənə sual verilməyib. Bu iz uşaqlıqdan qalma xatirədir. Onda 7-8 yaşım olardı. Qaçanda görmədim, alnım qapının qıfıl olan hissəsinə dəydi. Bir az sümük də yarılmışdı. Onda çox ağır bir travma keçirdim. Üç ay ərzində hər gün başımda tikişi dəyişib, açıb təmizləyirdilər. Çünki yara irin edirdi. Evdəkilər buna görə çox qorxmuşdu. Daim nəzarət altında idim ki, içəridə qanaxma olmasın”. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com