21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi oyununa çıxıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Avropa çempionatının seçmə mərhələsində 5-ci qrupda yer alan millimiz səfərdə Kosovo komandasını qonağı olub.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Kosovo yığmasının heyətində 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Ardian İsmayli fəqlənib.
Altı turdan sonra hesabında 1 xal Azərbaycan millisi qrupda sonuncu pillədə qərarlaşıb.
Yeddi oyun keçirən Kosovo komandası isə 10 xalla üçüncüdür.