69ef0fe9-db72-4f6d-9b86-a2b02fabed5c..jpg

Rəşid Behbudovun bacısının qəbri niyə dağılıb? – VİDEO

Baxış sayı: 462 dəfə baxılıb.

Rəşid Behbudovun bacısının qəbri niyə dağılıb? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəyin oğurlanması” filmində Bibixanım obrazı ilə yaddaşlara həkk olunan
Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən bildirilib ki, qəbir güclü külək
nəticəsində dağılıb:

“Son üç gündə güclü külək oldu, görünür, daşın da keyfiyyəti aşağı olub. Güclü
külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur. İlk dəfədir ki, baş
daşı aşıb. Bu da daşın zəif olmasından irəli gəlir. Aktrisa 1999-cu ildə dəfn
olunub. Çürüntü daşda olan boşluq 20-30 ildən sonra özünü büruzə verir”.

Bildirilib ki, bələdiyyə əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və
yeni məzar daşı qoyulacaq.

Qeyd edək ki, Əməkdar artist Nəcibə Behbudova 1999-cu il dekabrın yeddisində
vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa dünyaşöhrətli müğənni Rəşid Behbudovun bacısıdır. O, “Bəyin
oğurlanması”, “Fəryad”, “Qarabağ şikəstəsi”, “Təxribat” və “Ulduz” kimi bir çox
filmlərdə rol alıb.

Ətraflı Baku TV-nin süjetində:


Source link