Rəsmi Ankara Almaniyaya nota göndərdi

Rəsmi Ankara Almaniyaya nota göndərdi

Baxış sayı: 3. 537 dəfə baxılıb.

Türkiyə hökuməti məscid və türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar rəsmi Berlinə etiraz notası göndərib.

ÇıxışYolu.Com “Dailiy Sabah”a istinadən xəbər verir ki,  bu barədə Türkiyənin baş nazir müavini Bekir Bozdağ bəyanat verib.

“Biz Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət yanaşmağa çağırırıq” deyə Bozdağ bildirib.  O mədəniyyət mərkəzi və məscidə hücum edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

İnsident martın 11-də Raynikkendorf rayonunda baş verib. Polis müstəntiqləri hücumun siyasi motivli olduğunu hesab edir.

Almaniyanın “Berliner Zeitung” qəzetinin məlumatına görə, hücuma məruz qalan mədəniyyət mərkəzi “Din əlaqələri üzrə Türk-İslam Birliyi”nə aiddir və təşkilatın Almaniyada 900-dən çox nümayəndəliyi var.

Müstəntiqlər hücumun sağçı ekstrimistlər və ya Ankaranın siyasətindən narazı olan kürd icmasının nümayəndələri tərəfindən həyata keçirildiyini güman edir. 

.
www.ÇıxışYolu.Com