Rəsmi Ankara “S-400”lərin aqibəti barədə

Baxış sayı: 2. 706 dəfə baxılıb.

Rəsmi Ankara “S-400”lərin aqibəti barədə

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankaranın Rusiyadan “S-400” zenit-raket kompleksləri alması ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiqinin mümkünlüyü məsələsini şərh edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

“Türkiyənin suveren ölkə olaraq bu məsələlərdə müstəqil qərar vermək hüququ var. Müdafiə sistemləri və texnologiyalarını kimdən və haradan alacağına Türkiyə özü qərar verir”, – deyə mətbuat katibi “Bloomberg” telekanalına verdiyi müsahibədə bildirib.

Kalının sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar qəbul etsə, Ankara buna adekvat cavab verəcək.

Mətbuat katibi əmin edir ki, belə bir addım Türkiyəni öz mövqeyindən daşındırmayacaq, əksinə  ikitərəfli münasibətlərə ağır zərbə vurmuş olacaq.

.
www.ÇıxışYolu.Com