e45a6d71-a864-4e6e-ab92-6723f4703528..jpg

Rəsmi Bakı: “Ermənistanın “məhbus” adlandırdığı şəxslər Azərbaycana göndərilən cinayətkarlardır” – FOTO

Baxış sayı: 955 dəfə baxılıb.

Rəsmi Bakı: “Ermənistanın “məhbus” adlandırdığı şəxslər Azərbaycana göndərilən
cinayətkarlardır” – FOTO

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra
Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq
məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd
edib”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi
Ayxan Hacızadə “Twitter”də yazıb.

O bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3 800 azərbaycanlı ilə bağlı
məlumat vermir:

“Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub.
Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına
mane olur”.

A.Hacızadə vurğulayıb ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl
gətirən aqressiv ritorikadan əl çəkməlidir.

✅ Detainees that 🇦🇲FM refers to are criminals, sent to Azerbaijan by Armenia
2 weeks after the Trilateral Statement. International courts denied
Armenia-requested measures to release them. In contrary, Armenia still does not
provide information on 3800 missing persons.
— Aykhan Hajizada (@Aykhanh) March 24, 2023

Source link