47a2b89a-3516-4c7f-9993-fb014bf30736..jpg

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Baxış sayı: 585 dəfə baxılıb.

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Baş naziri
Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə münasibət
bildirib.

XİN-dən verilən xəbərə görə, nazirliyin rəsmisi bildirib ki, 20 mart 2024-cü
il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni
Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana
qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız
iddialarını qətiyyətlə pisləyirik.

“Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı
qüvvələrinin qalıqlarına qarşı aparılmış antiterror tədbirlərini qınayan və
Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa
baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər
beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu
BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı
qətnamələri ilə tam uyğundur. 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan
təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın
Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan
Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi
absurddur. Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın
daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son
qoymağa çağırırıq”, – deyə XİN mətbuat katibi qeyd edib.

Source link