Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatı suallardan çox cavablar doğurur.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycanın XİN-nin rəsmi nümayəndəsi Hikmət Hacıyev “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.
“Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi ilkin bəyanatlar anlaşılmazdır və bir çox suallar doğurur.
Bu ilkin sadəlövhlükdür yoxsa bu sahəni bilməməkdən irəli gəlir, və ya bir qalib ötkəmliyidir. Kim bilir bəlkə də hər üçünün birləşməsidir. Gec-tez bu aydın olacaq”, – deyə Hacıyev “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, hələ prosesin əvvəlində Azərbaycan Ermənistanda hakimiyyətə sağlam düşüncəli, regiondakı vəziyyəti düzgün şəkildə qiymətləndirə biləcək qüvvələrin gələcəyinə ümid etdiyini ifadə edib.
“Çünki iki dəfə eyni səhvi etmək sadəcə yolverilməzdir” , – deyə Hacıyev vurğulayıb.
Çərşənbə axşamı Ermənistan parlamenti müxalifət lideri Nikol Paşinyanı baş nazir seçib.
Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan hakimiyyəti ilə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün əsas şərt müzakirələrdə qondarma “Dağlıq Qarabağ respublikasından” separatçıların iştirak etməsidir.