“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının
hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın Fransa
hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və onlar barəsində
həbs-qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının
pozuntusudur. Bu şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması
qəbuledilməzdir”.
Cixisyolu.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi
Ayxan Hacızadənin Fransa tərəfindən “Telegram” sosial şəbəkəsinin təsisçisi
Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi
Sebanın həbsi ilə bağlı şərhində qeyd olunub.
O bildirib ki, Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli
şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq
məlumatlandırılmalıdır:
“Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı,
Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti
qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir”.