Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi

Baxış sayı: 2. 153 dəfə baxılıb.

Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi

Rusiyanın yenidən “Böyük yeddilik” (G7) ölkələrinə qoşularaq G8 formatının bərpa olunması ilə bağlı xəbərlər Kreml tərəfindən şərh olunub.

“RİA Novosti”yə bununla bağlı Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

“Prezident Putin özü də mətbuat konfransında bu sualı cavablandırdı. Əgər belə bir dəvət olsa, bir mütləq bu barədə düşünəcəyik”, – deyə Peskov bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə yenidən G8 formatına (Böyük səkkizlik – red.) qayıtmağın məqsədəuyğun olduğunu qeyd edib.