Ermənistan XİN Rusiya lideri Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin mümkün görüşü barədə məlumatı təsdiqləməyib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə News.am yazır.
“Hazırda belə bir razılıq yoxdur”, – Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan deyib.
Qeyd edək ki, son günlər KİV və politoloqlar üçtərəfli görüşün planlaşdırıldığı barədə fikirlər səsləndiriblər.