5e24e05d-6b0d-4811-8fd8-8c29b2b5dee9..jpg

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib – FOTO

Baxış sayı: 4. 114 dəfə baxılıb.

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib – FOTO

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Natiq
Əliyev müəssisə kollektivinə təqdim olunub.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin
pedaqoji kollektivi iştirak ediblər.

Elm və təhsil naziri Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə
bağlı sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar
arzulayıb.

Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və
üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.

Source link