Yunan-Roma güləşi üzrə yığmamız gələn ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşır.
ÇıxışYolu.Com xəbər verir ki, 2-15 sentyabr tarixlərində Göygöl Olimpiya Kompleksində baş tutan hazırlıqlarda dünya çempionumuz, Avropa Oyunlarının qalibi Rəsul Çunayev iştirak etmir.
O, hazırda Türkiyənin Antalya şəhərində zədəsindən müalicə alır. İdmançı zədəsi barədə saytımıza danışıb:
“Azərbaycanlı həkimim, kineziterapevt İbrahim Əliyev Türkiyədə yaşayır. Onun köməyilə hazırda müalicə alıram. Səksən faiz düzəlmişəm. Burada müalicə ala-ala həm də istirahət edirəm”.
Onun Türkiyədəki müalicə prosesindən və istirahətindən olan şəkilləri təqdim edirik:
Qeyd edək ki, Rəsul Çunayevin dünya çempionatında iştirakı sual altındadır.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com