Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, idmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.
O həmçinin II Avropa Oyunlarında da iştirak etməyəcək. Biz onu bir də sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında görə biləcəyik.
Səbuhi MUSAYEV