Rusiyanın paytaxtı Moskvada güləş üzrə hərbçilər arasında XXXIII dünya çempionatı başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, mayın 14-dən 20-dək keçiriləcək dünya çempionatında iyirmi ölkədən 330-dan çox idmançı iştirak edir.
Yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə hər birindən doqquz kişi, eləcə də, üç qadın güləşçi təmsil edir.
Sərbəst güləşçilərin heyətində Əfqan Xaşalov (57 kq), Pərviz İbrahimov (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Pənah İlyaslı (70 kq), Coşqun Əzimov (74 kq), Orxan Abbasov (79 kq), Kənan Əliyev (86 kq), Asxab Həmzətov (92 kq) və Roman Bəkirov (97 kq) yer alıb.
Yunan-Roma güləşi üzrə yarışlara Ziyad Zeynalov (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq) və Türmən Eyyubov (97 kq) qatılıb.
Sona Tumarxanova (50 kq), Tatyana Varansova (53 kq) və Ceyla Nağızadə (65 kq) isə qadınların yarışında çıxış edəcəklər. Azərbaycan komandasının rəhbəri MOK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdir.
Qeyd edək ki, dünya çempionumuz Rəsul Çunayev belində zədəsi olduğu üçün son anda heyətdən çıxarılıb. Onu Ülvi Qənizadə əvəzləyib.
S.T.
www.ÇıxışYolu.Com