175674a9-c060-48c7-b2e1-95d8bbc4fb14..jpg

Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb

Baxış sayı: 481 dəfə baxılıb.

Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və
bərpası təxirə salınıb.

“Report”un məlumatına görə, buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub.

R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar
Rzayev bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb:

“Heç vəsait də ayrılmayıb. Mədəniyyət naziri də dəyişdi. Sabiq nazir Anar
Kərimov bir şey etmədi. Gərək yeni nazir Adil Kərimli ilə danışım”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın
ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza
küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə
bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın
ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata
keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri
ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.

Source link