Rabitəbank 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurur. Belə ki, 2018-ci ilin ilk rübü üzrə gəlirləri 11,1 mln AZN, xərcləri isə 11 mln AZN olan Rabitəbank-ın xalis mənfəəti 102 min AZN təşkil etmişdir. Həmçinin, ötən ilin analoji rübü ilə müqayisədə bankın kredit portfelində 29%, depozit portfelində isə 42% artım müşahidə olunur. Bu da müştərilərin banka olan etimadının bariz nümunəsidir.
Rabitəbank-ın məcmu kapitalı Mərkəzi Bankın kapital tələbinə tam cavab verərək 104 774 min AZN təşkil edir. Bankın 2018-ci ilin ilk rübü üzrə maliyyə hesabatları ilə növbəti linkdən tanış ola bilərsiniz http://bit.do/rabitabank-2018-1-hesabat.
Xatırladaq ki, “Rabitəbank”ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma – kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, ticarət / iaşə obyektlərində müxtəlif güzəştlər təklif edən bank kartları, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.
25 illik bank tarixinə sahib “Rabitəbank” ölkənin ən iri banklarından biri kimi 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi Facebook səhifəsinə yönləndirə bilərsiniz.