e18b630e-7de9-422d-869d-3514bda8ecbf..jpg

Radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri təsdiq edilib

Baxış sayı: 472 dəfə baxılıb.

Radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi
şərtləri təsdiq edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik
istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və
mexanizmi təsdiq edilib.

Cixisyolu.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin
hesabına maliyyələşdiriləcək. Ayrılmış radiotezliklərin (radiotezlik
zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və
radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması
məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası
tərəfindən müvafiq qərar qəbul edilir.

Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 iş günü müddətində keçid ilə
əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın
məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilir.

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği
Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik kompensasiya məbləğini müəyyən
etmək üçün aşağıdakı tədbirləri həyata keçirir:

– radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə
(radiotezlik zolaqlarında) istifadə olunan dövlət qeydiyyatında olan
radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat
toplayır və təhlil edir;

– radioelektron vasitələrin bazar qiymətləri və amortizasiyası haqqında
məlumat toplayır və təhlil edir;

– radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr
aparır;

– razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində
əlavə mütəxəssis rəyinə ehtiyac yarandıqda, radiotezlik istifadəçisinin
hesabına müstəqil qiymətləndirici cəlb edir;

– radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə
(radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri, onların sayı,
bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir
və vurulmuş zərər üzrə ödəniləcək kompensasiyanın məbləğini müəyyən edir.

Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 iş günü
müddətində qiymətləndirmə təşkil olunur.

Source link